Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – Yarım milyon dollardan çox

17:37 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma müşahidə olunub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, azalma ötən həftədən başlayıb.

Belə ki, qardaş ölkənin valyuta ehtiyatları 577 milyon ABŞ dolları və  ya 0,6% azalaraq 89,459 milyard ABŞ dollarına düşüb.

Valyuta ehtiyatlarının 40,229 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb ki, bu da həftəlik müqayisədə 196 milyon ABŞ dolları, yaxud 0,5% azdır.

Müəllif: Elmir Murad

 

Other news