Rusiyadan Türkiyəyə uçanlar üçün aviabiletlər bahalaşdı – Qiymət

10:29 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Bu il Rusiyadan Türkiyəyə aviabiletlərin qiymətləri ötən illə müqayisədə 70%-dən çox artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri yazıb. Məlumata görə, avqustun 1-dən sonra Moskva-Antalya aviareysi üçün ən ucuz bilet rusiyalılara 10 189 rubla (142,2 ABŞ dolları) başa gələcək.

Baxmayaraq ki, 2019-cu ildə analoji uçuşun qiyməti 3 827 rubl (53,4 ABŞ dolları) təşkil edirdi. Moskvadan İstanbula uçuş isə ən azı 7 632 rubla (106,5 dollar) başa gələcək.

Halbuki, bir il öncə bu bileti 5 135 rubla (71,7 ABŞ dolları) almaq mümkün idi.

Müəllif: Elmir Murad

 

Other news