Qızıl tarixi rekordu təzələdi – 1944 dollar oldu

15:26 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Qızılın qiyməti beynəlxalq bazarlarda və Türkiyədə rekord həddə çatıb.

ABC.AZ-ın məlumatına görə, beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti 1 944 dollara çatıb.

Bu 2011-ci ildəki 1 min 921 dollar qiymətini də geridə qoyub.

Yerigəlmişkən xatırladaq ki, indiyə kimi bazarlarda qızılın unsiya qiyməti 1 yanvar 2020-ci ildə 1517 dollar, 19 mart 2020-ci ildə isə 1471 dollar olub.

Qardaş ölkə Türkiyədə də bir qram qızıl qiymətləri 426 TL ilə ən yüksək səviyyəyə çatıb.

Belə ki, ilin əvvəlində qram qızıl 290 TL idi.

Müəllif: Elmir Murad

 

Other news