Altı ayda Azərbaycana bu qədər əczaçılıq malları gətirilib – Hesabat

17:29 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında Azərbaycana gətirilmiş əczaçılıq məhsullarının həcmi bəlli olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə 11,7 min ton əczaçılıq məhsulları idxal edilib.

İdxal edilən əczaçılıq məhsullarının dəyəri 180,8 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 134,5 milyon dollarlıq 6,9 min ton əczaçılıq məhsulları idxal edilib.

 

Other news