İstanbula yeni təyin edilmiş baş konsul ANS-in işçisi olub – Bioqrafiya

18:15 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib.

ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. 

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.

 

Other news