Azərbaycanın bu ölkələrə qeyri-neft ixracı artıb – Siyahı

17:00 - 30.07.2020


30 iyul, Fineko/abc.az. 2020-ci ilin ilk altı ayı ərzində Azərbaycan ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 911,9 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

ABC.AZ-ın məlumatına görə, bu statistika “İxrac İcmalı”nın iyun sayında öz əksini tapıb.

Qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9 faiz azalıb. Bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

Müəllif: Elmir Murad

 

Other news