Azərbaycan vətəndaşları Monteneqroya rahat gedə biləcək – İcazə verildi

15:06 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Azərbaycan Monteneqroya giriş üçün epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısına" daxil edilib.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Monteneqronun Milli Koordinasiya Şurası qərar qəbul edib.

Bununla Azərbaycan vətəndaşlarına COVID-19 ilə bağlı əlavə tələblər olmadan Monteneqroya girişinə icazə veriləcək.

1 iyun tarixindən etibarən Monteneqro hökuməti ölkəyə xüsusi giriş meyarlarını tətbiq etməyə başlayıb. Bu qaydalara görə, 100 min nəfərə 25-dən çox yoluxma halı qeydə alınan ölkələrin vətəndaşları üçün sərhədlər bağlı olacaq.

 

Other news