Azərbaycan əhalisi əsas kapitalın formalaşmasına 789,1 milyon manat yönəldib

17:38 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. 2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15550,8 milyon manat və ya 2016-cı il ilə müqayisədə 2,6% az vəsait yönəldilmişdir.

Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, istifadə olunmuş vəsaitin 11868,1 milyon manatı və ya 76,3%-i məhsul istehsalı obyektlərinin, 2791,7 milyon manatı (18%-i) xidmət sahələri üzrə obyektlərin, 891,0 milyon manatı (5,7%-i) isə ümumi sahəsi 1727,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

“Ümumi sərmayənin 37,8%-i dövlət, 62,2%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 73,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 44,6%-ni təşkil etmişdir”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 9854,2 milyon manat, bank kreditləri 2202,3 milyon manat, büdcə vəsaitləri 2393,6 milyon manat, büdcədənkənar fondların vəsaitləri 201,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 789,1 milyon manat, sair vəsaitlər 109,7 milyon manat təşkil etmişdir.

 

Other news