Bu qatarların hərəkəti 3 ay dayandırılır - Səbəb

15:32 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, qeyd olunan müddətdə Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Qatarların hərəkətinin dayandırılması Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri ilə əlaqədardır. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü genişləndirmə işlərinə maneçilik törədir.

Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.

Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.

Müəllif: Elmir Murad

 

Other news