Daha bir filiz yatağı istismara veriləcək – Prezidentdən Sərəncam

16:04 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə 2020-ci il dövlət büdcəsindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək,  İqtisadiyyat Nazirliyi göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

 

Other news