Bağlanmış 4 bankın əmanətçilərinə kompensasiya ödənilib – 402 milyon manatdan çox

16:43 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə avqustun 6-na “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib.

ADIF-dən ABC.AZ-a verilən məlumata görə, “AtaBank” ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, “Amrahbank” ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib.

“AG Bank” ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, “NBC Bank” ASC-nin 2,9 min əmanətçisinə isə 80 milyon manat kompensasiya ödənilib.

 

Other news