Gürcüstanda 17 yaşadək bütün uşaqlara yardım ediləcək – 200 lari

16:57 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Gürcüstanda 1 sentyabrdan 15 sentyabradək 17 yaşadək olan uşaqlara 200 larilik yardım veriləcək.

ABC.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ərizələrin və konkret sənədlərin doldurulması üzərində artıq işə başlayıb: "Sözügedən kompensasiyanı almaq üçün hansı sənədlər təqdim ediləcək, bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. Biz çalışırıq ki, uşaqlarımızın rifahı üçün vəsaitlər tez bir zamanda onlara çatdırılsın və sənədlərin siyahısı mümkün qədər sadə olsun."

Qeyd edək ki, bu gün hökumətin iclasında Gürcüstanın baş naziri Giorgi Qaxaria 17 yaşadək bütün uşaqlara 200 lari birdəfəlik yardım ayrılması ilə bağlı qərar verildiyini açıqlayıb.

Müəllif: Elmir Murad

 

Other news