TikTok-da ən çox pul qazananlar – Siyahı

11:12 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Amerikanın “Forbes” jurnalı “TikTok” vasitəsi ilə n ən çox pul qazanan istifadəçilərin siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub.

O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb.

Edison Rey İsterlinqin 54 milyon çox abunəçisi var. Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə geyiminin “TikTok”un sayəsində razılaşmalar imzalayıb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.

Müəllif: Elmir Murad

 

Other news