İşsizlikdən sığorta ödənişi alanların sayı artacaq - Qanun parlamentdə müzakirə olunur

11:51 - 7.08.2020


7 avqust, Fineko/abc.az. İşsizlikdən sığorta ödənişi alanların sayı artırılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu ə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev brifinqdə deyib.

Nazir qeyd edib ki, artıq bununla bağlı qanun layihəsi hazırdır: "İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".

Müəllif: Elmir Murad

 

Other news