Bu gün 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

10:13 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən 3-ü M1 A, M2 A və M8 ekspres xətləri 10.08.2020-ci il tarixindən fəaliyyətə başlayır.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.

M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq.

Məlumat üçün bildirilir ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.

 

Other news