Bazar ertəsi neft qiymətləri artır, Brent bir barel üçün 44,87 dollar təşkil edib

10:52 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Neftin etalon markaların qiyməti bazar ertəsi ticarətdə yüksəlir.

9:25-də, Londonun ICE Futures birjasında Brent-in oktyabr ayı üçün fyuçersi $0,47 (1,06%) – barrel başına $44,87-ə qədər artıb. Avqustun 7-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin qiyməti $0,69 (1,53%) - barrel üçün $44,40-a düşüb.

9:25-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçers $0,59 (1,43%) – barrel üçün $41,81-ə yüksəldi. Avqustun 7-də ticarətin nəticələrinə görə, WTI sentyabr ayına olan fyuçersi $0,73 (1,74%) - barrel üçün $41,22-ə qədər düşüb.

 

Other news