Aztelekom və Gəncə telekommunikasiya idarəsi tender keçirir

16:09 - 10.08.2020


10 avqust, Fineko/abc.az. “Aztelekom” MMC-nin və Gəncə telekommunikasiya idarəsinin inzibati binalarında istismarda olan liftlərə 18 ay müddətinə texniki xidmət işlərinin və istifadə olunması ehtimal olunan ehtiyat hissələrinin satınalınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 50 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 31.08.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 09.09.2020 11:00  tarixində aparılacaq.

Telefon: (994 12) 344 00 00 (372)

Əlaqələndirici şəxs: Faiq Mustafayev

 

Other news