Ölkədə koronavirus infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb – Günün statistikası

16:40 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2 269 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.

 

 

Other news