Naxçıvanda altı ayda 193,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

17:20 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Bu ilin ilk altı ayı ərzində muxtar respublikadakı elektrik stansiyalarında 193,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb.

Bu, enerjinin 99,4 milyon kilovat-saatı və ya 51,5 faizi su elektrik stansiyalarında, 74,1 milyon kilovat-saatı və ya 38,30 faizi istilik elektrik stansiyalarında, 19,7 milyon kilovat-saatı və ya 10,2 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub.

Bu barədə ABC.AZ-a Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin altı ayı ərzində alternativ və bərpa olunan enerji mənbələrində 119,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, sistemə ötürülən ümumi enerjinin 61,66 faizini təşkil edir.

 

Other news