Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb

16:18 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Abşeronda sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. Son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti koopertaivləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi  və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Aparılan reydlər zamanı Masazır, Hökməli, Xəzər rayonu Mərdəkan qəsəbələrində, həmçinin Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və Almarket şəbəkələrinə məxsus bir neçə mağazada, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb. 

Qeyd edilir ki, texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı, yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir.

 

Other news