Bu qurumun yeni saytı yaradılır - Yaxın vaxtda istifadəyə veriləcək

15:42 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu ilin sonuna “Invest in Azerbaijan” saytını istifadəyə verəcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir: "Payızın sonlarında saytın təqdimatı olacaq. Saytla yanaşı, mobil tətbiq də istifadəyə veriləcək ki, sahibkarlar biznes və investisiya haqqında mühüm məlumatları əldə edə biləcəklər".

 

Other news