2018-ci ildə Azərbaycanda sahibkarlara 170 milyon manat güzəştli kredit veriləcək

15:28 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyi cari ildə də sahibkarlığı güzəştli şərtlərlə maliyyələşdirməyə davam edəcək.

2014-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2018-ci ildə sahibkarlara 170 milyon manat güzəştli kredit veriləcək.

2017-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 146 milyon manat ayrılıb ki, bunun 68%-dən çoxu ölkə regionlarının payına düşüb.

 

Other news