Şanxayda Azərbaycan şərablarının satış məntəqəsi açılacaq

16:03 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Cari ildə Şanxayda Azərbaycan Ticarət Evi açılacaq.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu il Şanxaya ixrac missiyası təşkil olunacaq.

“Şanxaya missiyanın səfəri çərçivəsində, Şanxayda, əsasən yerli şərabçılıq məhsullarının reallaşdırılması ilə məşğul olacaq Azərbaycan Ticarət Evi açılacaq", - deyə nazir bildirib.

 

 

Other news