Bank VTB (Azərbaycan) Visa Token Service vasitəsilə təmassız ödənişlərə start verdi

16:03 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan) Visa Token Service texnologiyası üzərindən smartfon vasitəsilə təmassız ödəniş xidmətini işə saldı. Visa kart sahibləri bu xidmətdən NFC texnologiyasını dəstəkləyən Android platformalı mobil telefonlar vasitəsilə yararlana bilər.

Servisdən istifadəyə başlamaq üçün müştəri Direct Pay By VTB əlavəsini (Play Marketdə mövcuddur) smartfonuna yükləməli, avtorizasiya edilməli və öz bank kartını telefonda aktivləşdirməlidir.  Bundan sonra təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala mobil telefonu yaxınlaşdıraraq ödəniş etmək mümkündür.

Xidmət WhatsApp və Facebook mesencerində pulsuz əldə edilən virtual Direct kartı üçün də nəzərdə tutulub.

“VTB (Azərbaycan) müştətilərə rahat xidmət təklif etmək məqsədilə rəqəmsal həllər tətbiq edir. Tokenizasiya texnologiyası ödənişlərin təhlükəsizliyini təmin edir və nağdsız ödəniş prosesini daha da asanlaşdırır. İndi bank kartını özünüzlə daşımaq mütləq deyil, ödəniş etmək üçün mobil telefon kifayət edir. Biz Visa ilə birgə müştərilərimizə belə imkan yaratdığımız üçün çox məmnunuq və əminik ki, onlar bundan fəal şəkildə istifadə edəcəklər”, - deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.

“Sadəliyi və rahatlığı ilə təmassız mobil ödənişlər istehlakçılar arasında getdikcə populyar olur. Visa Token Service isə belə ödənişlərin yüksək səviyyədə təhlükəsizliyini təmin edir. Biz şadıq ki, Azərbaycanda bankların əksəriyyəti mobil ödənişlər üçün həlləri Visa Token Service üzərindən təklif edirlər, bununla da ümumilikdə nağdsız ödənişlərə istehlakçıların etibarını möhkəmləndirirlər”, - deyə Qafqaz regionu ölkələrində Visa-nın regional meneceri Kristina Doroş bildirib.

Visa Token Service texnologiyası ödəniş kartı haqqında gizli məlumatı unikal rəqəmsal identifikator- tokenlə əvəz edir ki, bu da ödənişləri mobil telefon vasitəsilə və istifadəçinin kart məlumatlarını paylaşmadan həyata keçirməyə imkan verir.

 

 

 

 

Other news