Azərbaycanda idxala xüsusi rüsumlar və kvota daxil ediləcək

16:07 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Bakıda 2014-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir.

Konfransda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, balıqçılıq və arıçılıq sahələri perspektivlidir.

“Əgər sahibkarlar Nazirliyə təkliflərlə müraciət edərlərsə,  o zaman, arıçılıq və balıqçılıq sahələrində idxalda xüsusi rüsum və kvotaların tətbiqi məsələsi nəzərdən keçirilə bilər”, - bunu nazir deyib.

 

Other news