Azərbaycan Prezidenti Qəbələ şəhərində və Qusar rayonunda dəmir yolunun tikintisinə dair tapşırıq verib

11:12 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə turizmin inkişafı çərçivəsində dəmir yollarının tikintisi ilə bağlı işlərin genişləndirilməsinə dair tapşırıq verib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. “Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır”, - İ.Əliyev belə deyib.

Onun sözlərinə əsasən, Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlaşdırılır.

 

 

Other news