Agentlik 502 mənzili satışa çıxardı – İpoteka krediti ilə

17:23 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 10.09.2020-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, satışa çıxarılan 502 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 15 453 nəfərdir. Bugünkü satış zamanı 502 mənzilin seçimində iştirak edənlərin sayı 1301 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 502 mənzilin 445-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

 

Other news