AZAL onlayn növbə sisteminin tətbiqinə başlayır – Moskva-Bakı istiqamətində

14:05 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Bu gündən etibarən AZAL həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

AZAL-dan ABC.AZ-a bildirilib ki, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün “WhatsApp” mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət etmək lazımdır:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

 

Other news