Geoloq-alimlər yeni mədən layihələrinin işlənməsində “AzerGold"-la əməkdaşlıq edə bilər

16:52 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) idarə heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.

ABC.AZ QSC-yə istinadən xəbər verir ki, görüşdə

Z.İbrahimov Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb.

Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

 

Other news