Azərbaycanın xam neft satışından gəliri kəskin azalıb – 3 milyard dollardan çox

10:28 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-avqust ayı üçün hesabat yayıb.

ABC.AZ sözügedən hesabata istinadən xəbər verir ki, 2020-ci ilin 8 ayı ərzində Azərbaycandan 6 milyard 793 milyon 284 min dollar dəyərində 20 milyon 746 min 772 ton xam neft ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin 8 ayında Azərbaycandan 10 milyard 458 milyon 785 min dollar dəyərində 21 milyon 452 min 779 ton xam neft ixrac edilmişdi.

Bu isə onu göstərir ki, xam neft ixracı miqdar ifadəsilə 3,3%, dəyər ifadəsilə 35% azalıb.

Yəni xam neft ixracından Azərbaycana daxil olan valyuta 3 milyard 665 milyon 501 min dollar azalıb.

Müəllif: Elmir Murad

 

Other news