Daha bir "BakuBus" avtobusu yanıb – Son 15 gündə yanan ikinci avtobusdur

11:38 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99JH038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

BNA-dan ABC.AZ-a daxil olan məlumata görə, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.

Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

 

Other news