Yeddi mindən çox saxta əlillik təyinatı ləğv edilib – Büdcəyə 35 milyon manatdan çox ziyan vururdu

16:24 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, ümumilikdə, 7 mindən çox saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıq idi. Bu, hər il davam edən, təkrarlanan ödənişlərdir deyən nazir bildirib ki, ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb: "Saxta əlillik problemi tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə əlillik təyin edilərkən 10%-ə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”.

 

Other news