Bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir – Nazir

16:32 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu yaxınlarda Nazirlik Baş Prokurorluqla birgə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlər görülüb.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, araşdırmalarımız elektron sistemlər üzərindən aparılır: "Çünki bu zaman bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir və biz elektron sistemlər üzərindən onların fərqli məlumatlarını gördükdə onlarla bağlı araşdırma aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər şikayətlər əsasında problemləri aradan qaldırmağa çalışır”.

 

Other news