Müflis olan sığorta şirkətindən kreditorlara müraciət - Tələblərinizi göndərin

10:08 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Ləğv prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin kreditorlarına müraciət edilib.

ABC.AZ-ın məlumatına görə, iflas prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməlidirlər.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC “Standard Insurance” sığorta şirkətinin müflis elan edilməsi qərara alınıb. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilib.

Müəllif: Elmir Murad

 

Other news