Bu investisiya şirkətlərinin nizamnamə kapitalı artıb – Siyahı

10:32 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 1 milyon manatdan çox olub.

ABC.AZ-ın renkinq-ə istinadən məlumatına görə, bunlar "İnvestAZ" (2 milyon 255 min manat), "PSG Kapital" (2 milyon manat) və "Azfinance" (1 milyon 550 min manat) investisiya şirkətləridir.

Qalan 5 maliyyə qurumundan 1-nin nizamnamə kapitalı 1 milyon manat, 4-nün nizamnamə kapitalı isə 1 milyon manatdan azdır. 8 investisiya şirkətindən 3-ü - "BTB Kapital", "Plato Capital and Co." və "İnvest-AZ" ötən il nizamnamə kapitalını artırıb, qalanları isə sabit saxlayıb.

 

Other news