Müflis sığorta şirkətinə görə bu qədər kompensasiya ödənilib – Məbləğ

12:11 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın qərarı ilə Standard Insurance Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.

İcbari Sığorta Bürosundan ABC.AZ-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq bir gün ərzində təqribən min nəfər şəxsə kompensasiya ödənişi həyata keçirilib.

Bürodan verilən məlumata görə, ödənişlərin toplam məbləği təqribən 800 min manat təşkil edib.

Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.

Müəllif: Elmir Murad

 

Other news