“Masazır” gölü ilə bağlı araşdırmalara başlanıldı - Əraziyə çirkab suları axıdılır

14:02 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən “Masazır” gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.

ABC.AZ xəbər verir ki, Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə məlumat yayıb.

Qeyd olunub ki, sözügedən məsələ Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld edilməklə həmin əraziyə Baş Prokurorluğun və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

"Qeyd edilən gölün hazırki ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir", məlumatda bildirilib.

Müəllif: Elmir Murad

 

Other news