Bu istehsalçılara xəbərdarlıq edildi - Xəstəliyə yoluxma təhlükəsi var

15:14 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir.

Baytarlıq nəzarətindən keçmədən quş əti və məhsullarının istifadəsi zamanı insanların virus mənşəli Quş qripi, Nyukasl, bakterial mənşəli Salmanelyoz, Kompilobakterioz, Yersinyoz, Xlamidyoz, Pasterilyoz, Quş vəbası və s. xəstəliklərə yoluxması təhlükəsi var.

 

Other news