Azərbaycanın bu ölkə ilə ticarət həcmi azalıb – 100 milyon dollara yaxın

12:00 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Qazaxıstanla apardığı ticarət mübadiləsinin həcmi 68,71 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,55 mln. dollar və ya 2,4 dəfə azdır.

ABC.AZ  apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk səkkiz ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 18,19 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,79 mln. dollar və ya 4,6% çoxdur.

İdxalın həcmi isə 50,52 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 100,35 mln. dollar və ya 3 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 32,33 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 101,14 mln. dollar və ya 4,1 dəfə azdır.

 

Other news