AtaSığorta-nın xalis mənfəəti yarım milyon manatdan çox azalıb – Şirkətdə nə baş verir?

14:33 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. “AtaSığorta” ASC-nin 2020-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəəti 1,9 dəfə azalaraq 591 min 840 manat təşkil edib.

ABC.AZ Şirkətin hesabatına istinadən xəbər verir ki, “AtaSığorta” ASC 2019-cu ilin yanvar-iyun dövrünü 1 milyon 112 min 742 manat xalis mənfəətlə bağlamışdı.

Bununla yanaşı Şirkətin bu ilin ilk 6 ayında cəmi gəlirləri 9 milyon 940 min manat, cəmi xərcləri isə 9 milyon 348 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə cəmi gəlirlər 14 milyon 27 min manat, cəmi xərclər isə 12 milyon 914 min manat olmuşdu.

Müəllif: Elmir Murad

 

Other news