Neftçalada magistral su kəmərinin tikintisi davam edir

16:27 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral kəmərin və anbarın tikintisi işlərinin gedişi ilə tanış olmaq məqsədilə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Etibar Məmmədov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tikintinin gedişi ilə yerində tanış olublar.

ABC.AZ xəbər verir ki, layihəyə əsasən kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində xüsusi konstruksiya quraşıdırlacaq. Magistral su kəmərinin tikintisinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Neftçalaya suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında 7500 kubmetr tutumu olan su anbarının inşası da qrafikə uyğun davam etdirilir. İndiyədək anbarın tikintisi üzrə işlərin 60 faizdən çoxu icra olunub.

 


Other news