Tələblərə əməl etməyən hotellər cəzalandırılır - Agentlik rəsmisindən mühüm açıqlama

17:24 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Hoteldə yoxlama-nəzarət tədbirləri zamanı tələblərə əməl etməyən müştərilərə görə sahibkarlıq subyektləri cəzalandırılır.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

İnsanların maska taxmalarına nəzarət edilməlidir deyən sədr müşaviri bildirib ki, əgər maska taxılmırsa, həmin müştərilər maska ilə təmin edilməlidir: "Ancaq maskadan istifadə edilməməyə görə vətəndaşın özü üçün də cərimə var. Müvafiq orqanlar tərəfindən bununla bağlı cərimələr tətbiq edilir. Ona görə bu halda vətəndaşlar da cərimə edilə bilər. AQTA, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və digər orqanlar tərəfindən sahibkarlıq subyektlərinin cərimələnməsi aparılır".

 

Other news