Banklar verdikləri kreditləri artırıb – 1 ayda 100 milyon manata yaxın çoxalıb

17:28 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. 2020-ci ilin avqust ayında bankların müştərilərə verdiyi cəmi kreditlər 99,7 milyon manat artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 31 avqust 2020-ci il tarixində müştərilərə verilmiş cəmi kreditlər 14 milyard 304 milyon 200 min manat təşkil edib.

İyulun sonunda cəmi kreditlər 14 milyard 204 milyon 500 min manat olmuşdu.

Müəllif: Elmir Murad

 

Other news