Pul kütləsi artıb – Aylıq müqayisə

10:50 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 923,4 mln. manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da əvvəlki aya nisbətən 211,6 mln. manat və ya 0,8% çoxdur.

Qeyd olunub ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 6,7% və ya 1 942,9 azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 440,7 mln. manat və ya 5,6% artıb.

Müəllif: Elmir Murad

 

Other news