Türkiyə lirəsi durmadan ucuzlaşır – Səbəb

11:58 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Sentyabrın 28-də Türkiyə lirəsi ABŞ dollarına qarşı 1 faiz ucuzlaşaraq 7,8 lirə səviyyəsinə geriləməklə tarixi minimumunu yeniləyib.

ABC.AZ-ın məlumatına görə, bu dəfəki geriləmə daha çox Azərbaycan – Ermənistan arasında başlayan hərbi toqquşmalarla izah olunur.

Hərçənd bir çox ekspertlərə görə, Qarabağ cəbhəsindəki vəziyyət lirənin ucuzlaşmasına yalnız təkan verib. Belə ki, cari il ərzində ən çox ucuzlaşan və dəfələrlə tarixi minimumu yeniləyən Türkiyə lirəsinin bu trendi ölkənin qızıl ehtiyatlarının azalması ilə də əlaqələndirilir.

Müəllif: Elmir Murad

 

Other news