Prezidentin köməkçisi xarici jurnalistləri Azərbaycana dəvət etdi

15:19 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya Federasiyasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat brifinqi verib.

ABC.AZ xəbər verir ki, Prezidentin köməkçisi xarici media nümayəndələrini Ermənistanın son təxribatları barədə geniş məlumatlandıraraq mülki əhali arasında həlak olan və yaralananların olduğunu qeyd edib.

O ermənilərin təəssüflə mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə aldığını diqqətə çatdırıb.

H.Hacıyev Ermənistandan fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu bildirib.

Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.

 

Other news