Nobel Oil şirkətlər qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat köçürdü

15:38 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az.    Nobel Oil şirkətlər qrupu Azərbaycan ordusuna dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 000 manat məbləğində vəsait köçürmüşdür. Bu məbləğ Nobel Oil şirkətlər qrupunun aid olduğu NEQSOL Holding-in tərkibində olan şirkətlər tərəfindən köçürülən 2.5 milyon manat çərçivəsində ianə edilmişdir. 

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neft verimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.

Other news