Sığortaçı nazirlikdə şöbə müdiri oldu - Sahil Babayevdən təyinat

11:48 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Tanınmış sığorta eksperti Nicat Əlibəyli "Azərbaycan Sənaye Sığorta" ASC-dəki işindən ayrılıb.

ABC.AZ-ın məlumatına görə, sığortaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 13 saylı regional idarəsinin sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsi həvalə olunub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Qeyd edək ki, mütəxəssis bu gündən vəzifəsinin icrasına başlayıb.

Müəllif: Elmir Murad

Other news