15:25 - 6.02.2018
6 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hər istiqamətdə, xüsusilə, hərbi və hərbi-texniki sahələrdə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə dair tapşırığını qonaqların diqqətinə çatdırıb.
General-polkovnik Zakir Həsənov ölkələr arasında əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında mövcud dostluq əlaqələrinin mühüm rolunu vurğuladı və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd etdi.
Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan Müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən və ölkəmizə səfərdən məmnunluğunu bildirən nümayəndə heyətinin rəhbəri, general-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirinə salamlarını çatdırdı. Qonaq qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı dost və qardaş dövlət kimi qiymətləndirir və iki ölkə arasında hərbi əməkdaşlığa böyük önəm verir.
General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.
Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
20 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024