Prezident düşmənə vurulan ziyanları sadaladı – Xeyli sayda texnika məhv edilib

14:37 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Sentyabrın 27-dən başlayaraq gedən döyüşlərdə Ermənistanın 2 milyard dollarlıq hərbi silah-sursatı sıradan çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “Habertürk” kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, iki həftə ərzində düşmənin 200-dən çox tankı məhv edilib, 33 tank qənimət kimi götürülüb, 2 ədəd S-300 qurğusu məhv edilib: “Qiymətini hər kəs bilir. 35 ədəd hava hücumundan müdafiə sistemi olan OSA, TOR, KUB, KRUQ, karqo maşınları, tank əleyhinə silahlar məhv edildi. Ancaq məhv edilən və qənimət götürülənlər 2 milyard dollar dəyərindədir".

 

Other news